Aygün Kazımovanın dediklərində qanun pozuntusu yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Media

Aygün Kazımovanın dediklərində qanun pozuntusu yoxdur – AÇIQLAMA

Aygün Kazımovanın dediklərində qanun pozuntusu yoxdur


“Xəzər” televiziyasında yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi “5\5” verilişində qanun pozuntusu yoxdur.

AzNews.info xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

T.Məmmədov bildirib ki, xalq artistinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu kimi hesab oluna bilməz:

“Aygün Kazımova verilişdə işlətdiyi fikirlərlə nə demək istədiyini ancaq özü bilir. Onun həmin fikirləri ilə nəyi ifadə etmək istədiyini bilmədiyimiz üçün bu hal MTRŞ tərəfindən qanun pozuntusu hesab edilə bilməz. Yəni, verilişdə qanun pozuntusu faktı müşahidə olunmur”.

Qeyd edək ki, verilişdə A.Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov da iştirak edib. A.Kazımov E.Məmmədovun Namiq Qaraçuxurluya çox oxşadığını deyib:

“Gedək indi o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox”.

Xalq artistinin işlətdiyi sonuncu cümlə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *