“Ərim deputatdır, sizi məhkəməyə verəcəm...” – FOTO
"Poyraz Karayel” serialında Dəfnə obrazını canlandıran Öykü Çelik içkili vəziyyətdə avtomobil idarə edərkən polislər tərəfindən saxlanılıb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa alkaqol testi etdirməkdən imtina edib və polisləri hədələyib:
“Mənim həyat yoldaşım millət vəkilidir, hamınızı məhkəməyə verəcəyəm, görəcəksiniz”.
Qan testi etdirməyi də qəbul etməyən Çelik avtomobili cərimə meydançasına aparılarkən ağlamağa başlayıb.
İddialara görə, aktrisanın sürücülük vəsiqəsi 2 illik əlindən alınıb.
Qeyd edək ki, Öykü Çelikin “millət vəkili” adlandırdığı həyat yoldaşı Əhməd Murat Bursada kababçıdır.
Mənbə:> Qafqazinfo.az