Tahir İmanovdan xalq artistinə cavab: "Nə istəyir, desin"
Xalq artisti Ramiz Əzizbəylinin “Bəxt üzüyü”nün davamını çəkən “Planet Parni iz Baku” komandasının rəhbərləri Tahir və Cabir İmanov qardaşları barədə inciklik etməsinə qarşı tərəf münasibət bildirib.
Yenicag.az-a açıqlama verən əməkdar artist Tahir İmanovun xalq artistinə cavabı belə olub:
“Ramiz Əzizbəyli böyük sənətkarımızdır, Allahdan ona şəfa diləyirik. Qaldı ki, onun bizim barəmizdə mənfi və ya müsbət fikirlərinə, özü bilər, nə deyir, desin. Haqlı da olsa, haqsız da olsa, özü bilər. Bu fikir başqalarına da aiddir. Kim nə istəyir danışsın, biz heç kimə reaksiya verməyəcəyik”.
“Niyə xalq artistindən xeyir-dua almamısınız?” sualına əməkdar artistin cavabı belə olub:
“Mən bu məsələyə şərh vermək istəmirəm”.
Qeyd edək ki, saytımıza açıqlamasında Ramiz Əzizbəyli Tahir və Cabir İmanovlardan ondan xeyir-dua almadıqları üçün umu-küsü edib.
Mənbə:> Yeniçağ.az