Nazir arvadı yaralandı
Türkiyənin Dənizli şəhərində keçirilən "Türkcəvizion 2014" az qala faciə ilə yadda qalacaqdı. ANS PRESS-in məlumatına görə, festivala qatılan iqtisadiyyat naziri Nihat Zeybekcinin həyat yoldaşı Ayşen Zeybekçi və Dənizli şəhərinin valisi Abdülkadir Demirin həyat yoldaşı Nurtaç Demir yaralanıblar.
ANS PRESS-in məlumatına görə, hər iki xanımın üzərinə səhnədən sökülən işığ dirəkləri aşıb. Qəza Hierapolis Antik şəhərdəki Amfiteatrda baş verib. Nazir və vali xanımları səhnənin önündən keçərkən sökülüb bir kənara yığılmış işıq dirəklərindən biri aşaraq onların üzərinə düşüb.
Xanımların yanındakı mühafizə polisi əli ilə dirəyin qarşısını saxlamaq istəyərkən yüngül xəsarət alıb.
Ağır xəsarətlər almayan Ayşən Zeybekci, Nurtaç Demir və polis dərhal xəstəxanaya aparılıblar. Müayinə və ilkin tibbi yardım və müayinələrdən sonra xanımlar evə buraxılıblar.
Dənizli valisi Abdülkadir Dəmir xəstəxananın çıxışında jurnalistlərə verdiyi açıqlamasında həyat yoldaşının və iqtisadiyyat naziri Zeybekcinin həyat yoldaşının səhhətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, V Beynəlxalq Türkçə Sözlü Müsiqi Festivalı (Türkcəvizion 2014) Dənizli Valiliyi, Dənizli Bələdiyyəsi və TRT-nin birgə təşkilatçılığı ilə keçirilir.
Mənbə:> ANSPRESS