Faiq Ağayevə vəzifə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət, Media

Faiq Ağayevə vəzifə verildi

Faiq Ağayevə vəzifə verildi


Xalq artisti Faiq Ağayevə vəzifə verilib.

Oxu.Az xəbər verir ki, sənətçi “Azad Azərbaycan”(ATV) televiziyasında Bədii Şuraya üzv seçilib.

Bu barədə Ağayevin özü şəxsi “Facebook” hesabında yazıb.

“ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış probləmlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi.

Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”.

Qeyd edək ki, bədii şura üzvləri arasında MGP-nin rəhbəri Murad Dadaşov, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə də var.

Şuranın sədri isə məşhur telejurnalist Etibar Babayevdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *