Samirə Əfəndiyevanın “Səs Azərbaycan”da möhtəşəm çıxışı – VİDEO+FOTO
“Mən aylarla bu fikirlə yaşamışam”.
Bazar axşamı sadəcə “Oskor ərəfəsi” həyəcanı ilə deyil, eləcə də ölkənin əsas televiziya layihəsi olan “Səs Azərbaycan”ın yarımfinalı ilə də yadda qalıb. Ötən gün Samirə Əfəndiyeva əməkdar artist Tünzalə Ağayevanın repertuarında yer alan “Xoş gəldin” mahnısı ilə möhtəşəm çıxış edib.
Oxu.Az xəbər verir ki, tamaşaçıların səsverməsi nəticəsində Samirə superfinala çıxıb. O, izləyicilərin sevmlisi Ləman Dadaşovaya qalib gələrək daha bir layiqli “döyüş”ü qazanıb. Samirənin həm solo ifası, həm də Tünzalə xanımla dueti sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
“Səs Azərbaycan”ın finalçısı “Facebook” səhifəsində bunları bölüşüb:
“Dostlar, “Səs Azərbaycan”ın tamaşaçıları, səsləriniz üçün təşəkkür edirəm. Səsimə verdiyiniz qiymətiniz və mənim səhnəyə olan məhəbbətimə inamınız üçün çox sağ olun. Mənə sehirli anlar bəxş etdiniz. Mən indi finladayam. Mən xoşbəxtəm. Allah qoysa gələn həftə görüşərik. Allahın izni və sizin dəstəyiniz ilə mən “Səs Azərbaycan”ın qalibi olaram”.
Samirə həmçinin komandada olan 15 nəfərə də qalib gələrək məqsədinin bir addımlığında olarkən hansı hissləri keçirdiyinə dair sualı da cavablandırıb:
“Hazırda nə qədər xoşbəxt olduğumu ifadə edə bilmirəm. Mən aylarla bu fikirlə yaşamışam, uzun məşq saatları, stress... Amma layihənin başa çatmasına üzülürəm.
Mən çoxsayda yeni, gözəl dostlar tapdım, çox istedadlı uşaqlara tanış oldum və əsl peşəkarlarla işləmək təcrübəsi qazandım. Bu layihə bizim üçün çox mürəkkəbdir və çox mühümdür. Bu, müasir Azərbaycan televiziyasının yeni mərhələsidir və ölkəmizin estrada mədəniyyətini yeni səhifəsidir”.
Layihənin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Samirə Əfəndiyeva finalçılar arasında ən çox tamaşaçı səsi toplayıb.
Layihənin finalı isə mart ayının 5-nə təyin edilib.
Mənbə:> Oxu.Az