Moskvada məşhur aktyor həbs olundu
Polisə 9 yaşlı qızın anası müraciət edib.
Moskvanın Taqansk məhkəməsi məşhur rusiyalı serial aktyoru Muxtar Hüseynhacıyev barəsində həbs qətiimkan tədbiri seçib.
O, öz tanışının 9 yaşlı qızına qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinir.
Polisə müraciət edən ananın sözlərinə görə, Muxtar Kotelniçeski naberejnı küçəsində yerləşən evdə onun qızına qarşı əxlaqsız hərəkətlər edib.
Öz növbəsində Hüseyhacıyevin nümayəndələri bildiriblər ki, qadının bəyanatı şər və böhtandır, həqiqətə uyğun ola bilməz.
Qeyd edək ki, Muxtar Hüseynhacıyev 35 film və serialda çəkilib. Onların arasında "Magikyanların sonuncusu", "Kulagin və tərəfdaşları", "Karpov", "Əziz Maşa Berezina" kimi filmlər var.
Mənbə:> 7news.az