Kafedə musiqi üstündə adam öldürənlərin cinayət işi məhkəmədə » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Kafedə musiqi üstündə adam öldürənlərin cinayət işi məhkəmədə

Kafedə musiqi üstündə adam öldürənlərin cinayət işi məhkəmədə


Bakıda adam öldürməkdə təqsirləndirilən Elçin Nəcəfov və Xaliq Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

İttihama görə, ötən il avqustun 10-da Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxslər Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb.

Cavid Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş Xaliq Mustafayev saxlanılıblar.

İlkin dindirmələr zamanı məlum olub ki, mübahisə musiqi sifariş vermək üstündə düşüb. Cavid Həmzəyevin həm sifarişi kəsilib, həm də döyülüb.

İstintaq orqanı tərəfindən Elçin Nəcəfov və Xaliq Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *