Türkiyədə “insan alveri əməliyyatı”
Türkiyədə Balıkesirin Sındırqı rayonunda polis “insan alveri əməliyyatı” təşkil edib.
“Hürriyet” xəbər verir ki, yerli Polis İdarəsinə əcnəbi qadınları müxtəlif yollarla fahişəliyə cəlb edənlər barədə şikayət daxil olub.
Bundan sonra hərəkətə keçən polis 10 nəfər müəyyənləşdirib və əməliyyat başlayıb. Əməliyyat zamanı fahişəliyə vasitəçilik etməkdə şübhəli bilinən doqquz nəfər, eləcə də, dördü azərbaycanlı olmaqla, beş qadın tutulub.
Tutulanların ifadələri ilə biri azərbaycanlı olmaqla daha iki kişi və bir qadın ələ keçib.
Şübhəlilərdən səkkiz nəfəri azadlığa buraxılıb, onlardan ikisi qadındır. Digərləri hakim qarşısına çıxarılıb və barələrində həbs qərarı verilib.
Azərbaycanlı qadınlar Əcnəbilərlə iş müdirliyinə təslim edilib.
Mənbə:> Virtualaz.org