Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həkimi pul alarkən yaxaladı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həkimi pul alarkən yaxaladı

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həkimi pul alarkən yaxaladı

Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan virtualaz.org-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin həlli, əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, pensiya təminatı sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Lakin bəzi hallarda əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına rast gəlinir ki, bu qanunazidd hərəkətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Belə ki, özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri kimi təqdim edən bir qrup şəxsin pensiya və ünvanlı sosial yardımların təyin edilməsi ilə bağlı İsmayıllı rayon sakinlərindən qanunsuz olaraq pul almaları barədə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gülarə Bədirova, tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Yeganə Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Xidməti otağa baxış zamanı həmin pullar, əlillik dərəcəsi və qrupunun verilməsi üçün zəruri olan sənədlər, o cümlədən epikrizlər, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

G.Bədirova və Y.Osmanovanın özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə, başqasını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla G.Bədirova barəsində məhkəmənin qərarı ilə həbs, Y.Osmanova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxta sənədlər əsasında əlillik dərəcəsi və qruplarının verilməsi səbəbindən qanunsuz pensiya təyinatı hallarına, habelə korrupsiya və digər bu kimi neqativ hallara qarşı bundan sonra da ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdiriləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *