Lənkəranda qonağını öldürüb basdıran ev sahibi tutuldu
Bu il martın 19-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl–martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.
DİN-dən virtualaz.org-a verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan Tələt Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, meyitinin isə zirzəmidə basdırılması müəyyən edilib.
M.Babayevin meyiti ekshumasiya edilib.
Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub.
Araşdırma aparılır.
Mənbə:> Virtualaz.org