Azərbaycanda müəllim süpürgəçini zorlayıb – YENİLƏNİB
Cəlilabad rayon prokurorluğu rayonda baş vermiş təcavüz hadisəsi barədə məlumat yayıb.
Oxu.Az-ın xəbərinə görə, Rayon prokurorluğundan “Report”a verilən məlumata görə, Cəlilabad rayonu, Muğan kənd sakini Rəna Cəfərovanın (ad, soyad şərtidir) həmkəndlisi Qadir İsayev (ad, soyad şərtidir) tərəfindən bir il əvvəl zor tətbiq edilməklə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalması, eləcə də sonuncunun həmin hərəkətləri mobil telefonla çəkərək yayması faktına görə Cəlilabad rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 150.1 (seksual xarakterli zorakılıq hərəkətləri) və 242-ci (pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.
R.Cəfərova iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər aparılıb.
Q.İsayev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Q.İsayev məktəbdə müəllim, R.Cəfərova isə məktəbdə süpürgəçi işləyir.
14:58
Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb.
Oxu.Az-ın Report-a istinadən məlumata görə, hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib.
Belə ki, həmin məktəbin müəllimi B.A. (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.
Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla süpürgəçini şantaj edib.
Təmizlik işçisi onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.
Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.
Mənbə:> Oxu.Az