AFFA-dan futbolçuların saxlanılmasına MÜNASİBƏT » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, İdman, Futbol

AFFA-dan futbolçuların saxlanılmasına MÜNASİBƏT

AFFA-dan futbolçuların saxlanılmasına MÜNASİBƏT


"Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılması AFFA-nın təşəbbüsü ilə olmayıb. Hazırda bizdə dolğun məlumat yoxdur. Ona görə də mövqe, münasibət bildirmək doğru olmazdı".

AzNews.info xəbər verir ki, bunu Report-a açıqlamasında UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov “Keşlə” klubunun futbolçularının danışılmış oyunlarda iştirak şübhəsi ilə saxlanılmalarına münasibət bildirərkən deyib.

O bildirib ki, son oyunlarla bağlı şübhələr UEFA-dan göndərilən məlumatlarda da əksini tapıb: "Elə biz də "Keşlə"nin axırıncı oyunlarından sonra verilən açıqlamalardan hiss edirdik ki, klubun daxilində problemlər baş verir. Özümüz də məsələni araşdırırıq. Onların kim tərəfindən həbs olunduqlarına dair bizdə məlumat yoxdur. Hüquq-mühafizə orqanlarına əməliyyat-axtarış məlumatı daxil olubsa, onlar da oyunları izləyə bilərlər. Yəni, bu, AFFA-nın müraciəti olmadan da mümkündür və dövlətin AFFA-nın işinə müdaxiləsi sayıla bilməz. Çünki milli assosiasiyanın da işi Azərbaycan qanunvericiliyinə uyğun qurulub".

Qeyd edək ki, bu gün “Keşlə” klubu Premyer Liqadakı son 5-6 matçda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olması səbəbindən Nizami Hacıyev və Mirhüseyn Seyidovla imzalanmış müqaviləyə 4 gün öncə rəsmən xitam verdiyini açıqlayıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *