Eldar Mahmudov yenə Baş Prokurorluğa çağırıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudov ifadə vermək üçün yenidən respublikanın Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə çağırılıb.
Bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qeyd edək ki, bu Eldar Mahmudovun Baş Prokurorluqda ikinci ifadəsidir. O, ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanmış cinayət işi üzrə ifadə vermək üçün çağırılıb.
Mənbə:> virtualaz.org