Filippin prezidentinin iqamətgahı yaxınlığında insanlara atəş açıldı
Filippində naməlum şəxs ölkə prezidenti Rodriqo Dutertenin paytaxt Maniladakı iqamətgahı yaxınlığında insanlara atəş açıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, insident Malakananq sarayı yaxınlığında yerləşən parkda baş verib.
Nəticədə bir nəfər yaralanıb. Dövlət başçısı həmin vaxt iqamətgahda olmayıb.
Hazırda asayiş keşikçiləri hadisənin başvermə səbəblərini araşdırır.
Mənbə:> Report