Adı ölüm işində hallandırılan Aygün Bəylər ölkədən getdi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Maqazin

Adı ölüm işində hallandırılan Aygün Bəylər ölkədən getdi

Adı ölüm işində hallandırılan Aygün Bəylər ölkədən getdi


Adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılan Əməkdar artist Aygün Bəylər (Hümmətova) Azərbaycandan gedib.

AzNews.info-nun Ölkə.Az-a istinadla məlumatına görə, bu barədə sənətçinin telefonuna cavab verən şəxs bildirib.

Özünü Aygün Bəylərin dostu kimi təqdim edən şəxs qeyd edib ki, Əməkdar artist on gündən çoxdur ölkədə yoxdur və nə zaman geri dönəcəyi bəlli deyil.

Xatırladaq ki, Aygün Bəylərin adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılır. Belə ki, Əməkdar artistin qardaşı Abbas Hümmətov E.Hümmətovun ölümündə şübhəli bilinərək saxlanılıb. Mərhumun anası Səadət Hümmətova isə müsahibəsində qeyd edib ki, Aygün Bəylər (Hümmətova) Elnur Hümmətovun Abbas Hümmətov tərəfindən öldürüldüyünü bilirmiş.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

Mənbə: Ölkə.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *