Saxlanılan azərbaycanlılar Qoştu və onun ailəsini niyə öldürdüklərini açıqladılar
Sızranın sabiq polis rəisi Andrey Qoşt və onun ailəsinin qətlində şübhəli bilinən əslən Azərbaycandan olan üç nəfər saxlanılıb və artıq ifadə veriblər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, onlar qətlin motivlərini açıqlayıblar.
Xatırladaq ki, aprelin 24-də Samara vilayətinin Sızran rayonunun İvaşovka kəndində Sızranın sabiq polis rəisi Andrey Qoştun valideynlərinin evində kütləvi qətl hadisəsi törədilib: naməlum şəxslər qəddarcasına sabiq polis rəisini, onun atasını, anasını, qardaşını və qardaşı arvadını, eləcə də qardaşı qızlarından birini qətlə yetiriblər. 7 yaşlı qız sağ qalıb.
Daha öncə bunun Andrey Qoştun hüquq-mühafizə fəaliyyətinin nəticəsində həyatı yetərincə çətinləşən kriminal qruplaşmaların intiqamı olduğu düşünülürdü.
Saxlanılan Roman Fətəliyev, İslam Babayev və Orxan Zahrabov sabiq polis rəisinin evini qarət etmək qərarına gəldiklərini bildiriblər. Onların heç kimi öldürmək niyyətləri olmayıb, evdə ən çox iki nəfərin olacağını düşünüblər. Amma evdə yeddi sakin olub və onlar hamını öldürmək qərarına gəliblər.
Cinayətkarların qəniməti bank kartları, mobil telefonlar, Qoştun xidməti vəsiqəsi və 906 rubl olub.
Qeyd edilir ki, cinayətin ehtimal edilən təşkilatçısı Məhəmmədəli Əhmədov indiyə qədər saxlanılmayıb. Hazırda o, federal axtarışa verilib, “NTV” yazır.
Araşdırma davam edir.
Mənbə:> Oxu.Az