Bakıda qadını qarət edən dəstə ələ keçdi
Bakıda cinayətkar dəstə tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, naməlum şəxslər martın 28-də Bakı şəhər sakini Ləman Heydərovaya hədə-qorxu gəlib 200 manatını alıblar.
Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Pərvin Osmanov, Elvin Tağıyev və Rəhman Abbasov tutulub.
P.Osmanovdan 1,62 qram tiryək, E.Tağıyevdən isə 6,3 qram marixuana götürülmüşdür.
P.Osmanovun evinə baxış zamanı 2,291 qram tiryək, nömrəsi silinmiş və qundağı kəsilmiş “TOZ-63” markalı tüfəng, E.Tağıyevin evinə baxış zamanı isə 30,2 qram marixuana aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.
Mənbə:> Oxu.Az