Cəlilabadda tapança-pulemyot, Hacıqabulda “Makarov” tapıldı
Əməliyyat keçirilib.
Azərbaycanda bir neçə rayonda silah-sürsat aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Cəlilabad sakininin evindən tapança-pulemyot və 20 ədəd patron aşkar edilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Zığ bağlar sahəsində yaşayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədovun evindən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş tapança-pulemyot və 20 ədəd patron aşkar edilərək götürülüb.
Oxşar hadisə Hacıqabul şəhərində də baş verib. Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdasrəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Xəyal Cavadovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə:> Oxu.Az