Jurnalisti vuran şəxs danışdı: Anamı söymüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Jurnalisti vuran şəxs danışdı: Anamı söymüşdü

Jurnalisti vuran şəxs danışdı: Anamı söymüşdü

AzNews.info Lent.az-a istinadən xəbər verir ki, “Rasim zəng edib bizdən üzr istəyib”.

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi olub.
Lent.az xəbər verir ki, məlum olub ki, işdə dövlət ittihamçısı dəyişdirilib.

Bundan sonra məhkəmədə ittiham tərəfini Eldar Balayev təmsil edəcək.

Daha sonra futbolçu Cavid Hüseynov hakim və prokurorun suallarını cavablandırıb.

Futbolçu bildirib ki, hər kəs onun günahsız olduğunu bilir:

“Rasimlə bağlı heç bir problemim olmayıb. Elşənə də demişəm ki, heç nə eləmə. Mən ekstrasens deyiləm ki, Elşənin gedib belə bir şey edəcəyini bilim”.

C.Hüseynovdan sonra Rasim Əliyevi döyməkdə təqsirləndirilən Elşən İsmayılov ifadə verib. Onun sözlərinə görə, mərhum jurnalist Rasim Əliyev onu söyüb:

“Mənə ana söyüşü söymüşdü. Cavidə dedim, məsələ artıq sənin deyil, mənimdi. Cavid dedi, Rasim zəng edib bizdən üzr istəyib. Gözlədim, mənə də zəng eləyib, üzr istəyəcək. Eləmədi. Özüm zəng elədim, dedim, niyə üzr istəmirsən? Məni israrla Bayıla çay içməyə çağırdı. Çatan kimi soruşdum ki, məni niyə söymüsən? Dedi, yaxşı eləmişəm. Mən də vurdum”.

C.Hüseynovun vəkili Adəm Məmmədov işdə adıçəkilən şahidlərin məcburi qaydada məhkəməyə gətirilməsi barədə vəsatət verib, lakin vəsatət təmin olunmayıb. Bununla belə, hakim bildirib ki, şahidlərə müvafiq qaydada məhkəməyə dəvət ediləcək.

Proses martın 11-də davam etdiriləcək.

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.

Cinayətdə digər təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında baxılıb.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *