Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlandı
Azərbaycanın sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun Goradil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlayıblar.
AzNews.info xəbər verir ki, haqqin.az bu barədə hüquq-mühafizə oraqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Oğurluq nazirin işdən azad olduqdan bir neçə həftə sonra baş verib.
Məlumata görə, axtarış-istintaq tədbirləri nəticəsində qarətçilər həbs ediliblər.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Əli Abbasovun və digər məsul əməkdaşları simasında əvvəlki rəhbərliyi korrupsiyada ittiham ediliblər. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq aparılır.
Mənbə:> Haqqin.az