Polis qanunsuz ov edənləri “ovladı”
Sabirabad rayonunda qanunsuz ov etmiş şəxslərdən ov tüfənləri götürülüb.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Balaca Zeynalovdan və Namiz Qurbanovdan 1 ədəd “TOZ-B” və 1 ədəd “TOZ-16” markalı ov tüfəngləri, habelə 1 ov quşu götürülüb.
Qəbələ RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakini Feyruz Səlimovdan müvafiq sənədi olmayan 1 ədəd “Bum” markalı ov tüfəngi və habelə 1 ov quşu götürülüb.
İmişli RPŞ əməkdaşları tərəfindən qanunsuz ov etmiş rayon sakinləri Murtuz Əliyevdən və Zəkəriyyə Mirzəyevdən 1 ədəd “TOZ-16” markalı və 1 ədəd “İJ-18” markalı ov tüfəngləri, habelə 6 ov quşu götürülüb.
Faklta bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az