Bakıda çay evinin sahibi işçisini zorladı
Bakıda fəaliyyət göstərən çay evlərindən birinin sahibi qadın işçisini zorlayıb. Zorlanan qadın isə polisə müraciət edib.
AzNews.info musavat.com-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində A.M.Cümə küçəsi 1956-cı məhəllədə yerləşən çay evlərindən birinin sahibi öz işçisini zorlayıb.
Zorlanan Lənkəran rayon sakini, 1982-ci il təvəllüdlü Gözəl Alıyeva (ad şərtidir) polisə müraciət edib. O, hadisənin 2 ay əvvəl baş verdiyini deyib.
Qadın şikayətində ona qarşı zorakılıq edənin Hikmət adlı şəxs olduğunu deyib. Həmin şəxsin çay evinin sahibi olduğu bildirilir.
Nərimanov rayon Polis İdarəsində bu şikayətlə bağlı araşdırmalara başlanıb.
Mənbə:> Musavat.com