Azərbaycanda 28 min manata qədim pul satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Video

Azərbaycanda 28 min manata qədim pul satılır – VİDEO

Azərbaycanda 28 min manata qədim pul satılır

Azərbaycanda dəyəri 28 min manat olan qədim tarixi sikkə satışa çıxarılıb.

AzNews.info Xəzər TV-yə istinadən məlumat verir ki, nadir tarixi eksponat hesab olunan bu pul və sikkələr internet vasitəsi ilə satışa çıxarılıb.

Satıcılar bəzisi qədim pulun ailə yadigarı olduğunu,bəzisi isə torpaqdan çıxardığını deyir.

Hüquqşünas Xəyal Bəşirov əgər qədimi əşya vərəsə kimi atadan və ya başqa birindən qalıbsa rahat satıla biləcəyini deyir. Yox əgər hər hansısa şəxs onu torpaqdan qazıb çıxarıbsa mütləq dövlətə təhvil verməli olduğunu deyir.Əks halda bunu gizlədir yaxud satırsa həmin şəxs cinayət məsuliyyəti daşıyır.

Ümumilikdə isə kimlərsə əntiq əşyaların satışı ilə məşğul olursa,mütləq icazə sənədi almalıdırlar. Əks halda onlar da cinayət məsuliyyəti daşıyır.

Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *