Avtoxuliqanlıq edən şəxs yüksək vəzifəlinin sürücüsü imiş » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Avtoxuliqanlıq edən şəxs yüksək vəzifəlinin sürücüsü imiş – VİDEO+FOTO

Avtoxuliqanlıq edən şəxs yüksək vəzifəlinin sürücüsü imiş

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşları reyd aparan zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) avtomobili sərxoş idarə edən əməkdaşı "Saxla" əmrinə tabe olmayıb.
Saxlanıldıqdan sonra spirtli içki qəbul etdiyi aşkar olunan sürücünün AMEA-da çalışdığı ortaya çıxmışdı.
AzNews.infonun Femida.az-a istinadən məlumatına görə, saxlanılan şəxs AMEA-nın vitse-prezidenti kimya elmləri doktoru Dilqəm Tağıyevin sürücüsü imiş.

Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Aeroport yolunda 10-AA-370 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü maşını şübhəli idarə etdiyinə görə "Saxla" əmri verib.

Lakin əmrə tabe olmayan avtomobil sürücüsü avtoxuliqanlıq edərək yol polisi əməkdaşlarından uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb.
Sürücü Yusifov Yusifin avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. O, avtoxuliqanlıq etdiyinə və sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
Avtoxuliqanlıq edən şəxs yüksək vəzifəlinin sürücüsü imiş



Avtomobil cərimə meydançasına yerləşdirilib.

Mənbə: Femida.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *