"Qarabağ" Aytacı belə yad etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

"Qarabağ" Aytacı belə yad etdi – FOTO

"Qarabağ" Aytacı belə yad etdi


Bu gün Topaz Premyer Liqasının XXXII turu çərçivəsində Qəbələdə keçirilən “Qəbələ” və “Qarabağ” klubları arasındakı oyundan əvvəl “Qarabağ” azarkeşləri maraqlı şüarla çıxış edib.

ANS PRESS-in məlumatına görə, “Qarabağ” azarkeşləri bir neçə gün əvvəl Bakıda öldürülən 17 yaşlı məktəbli Aytac Babayevanı yad edib.

Azarkeşlər “Aytaclarımız ölmәsin” yazılmış pankart açıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızı vəhşicəsinə qətlə yetirilib.

Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *