Xalq artisti Zərnigar Ağakişeyva dünyasını dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Xalq artisti Zərnigar Ağakişeyva dünyasını dəyişdi

Xalq artisti Zərnigar Ağakişeyva dünyasını dəyişdi

Azərbaycanın teatr və kino aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında dünyasını dəyişib.

Məlumata görə, o, fevralın 8-i axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edib.

Fövqəladə Hallar Nazirliyi xalq artistinin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açarkən orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının meyitini aşkar ediblər.

Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Allah rəhmət eləsin!

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *