“Dədəmin” avtoservisi yandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

“Dədəmin” avtoservisi yandı

“Dədəmin” avtoservisi yandı


Bakının Xətai rayonunda vətandaşa məxsus ümumi sahəsi 250 kv.m olan “DƏDƏMİN” avtoservisində yanğın meydanan gəlib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, baş verən yanğında 2 avtomobil və 5 motosiklet zərər görüb.

Avtoservisin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış sahibi məlim olmayan “NİSSAN” markalı minik avtomobilin yanar hissələri, “RANGE ROVER” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd “SUZUKİ” markalı və 3 ədəd “HARLEY DAVİDSON” markalı motosikletləri yanıb.

Təmirə dayanmış “RANGE ROVER” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *