Azərbaycanlı müğənni həbs xəbərini canlı yayımda öyrəndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Avto

Azərbaycanlı müğənni həbs xəbərini canlı yayımda öyrəndi

Azərbaycanlı müğənni həbs xəbərini canlı yayımda öyrəndi


Dünən "5/5" verilişinin qonağı olan Təranə-Musa cütlüyü gözlənilməz sürprizlə qarşılaşıb.

Verilişin aparıcısı Zaur Kamal kürəkəninə etibarnamə verən müğənni cütlüyün avtomobillərinə həbs qoyulduğunu açıqlayıb:

"Abdullayev Natiq Nazim oğluna etibarnamə verib. 6 MMX-sı var. 2 aydır cəriməni ödəmir. Avqustun 27-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunda sürət həddini aşıb. 110 olan yerdə 130-la keçib. 2 bal, 50 manat cərimə yazılıb. Radar çəkib, qərar çıxıb, qərar məktub şəklində evə gəlib. Ancaq ödəməyib, maşına həbs qoyulub. Maşın cərimə meydançasına aparılmalıdır".

Bu haqda Zaurdan eşidən Təranə təəccübünü gizlədə bilməyib. Lakin Musa Zaur bu faktları açıqladıqdan sonra cavabsız qalmayıb: "Zaur, ödəməyinə ödəyəcəyik. Amma mən bilmirəm ki, "5/5" verilişinə gəlimişik, yoxsa Respublika "QAİ"sinə".

Mənbə: Eurasiadiary.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *