Bağla

AzNews.info



Bölmə: Sosial, Maraqlı, Avto, Video

66 ilin avtomobili göz oxşayır - yeni avtomobildən seçilmir – VİDEO

66 ilin avtomobili göz oxşayır - yeni avtomobildən seçilmir


Goranboy sakini 7 il öncə aldığı "QAZ 69" markalı avtomobilə 20 min manat xərc çəkərək əla vəziyyətə gətirib. Detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Gücünə və sürətinə görə sahibi avtomobili "dağ keçisi" adlandırır.

66 il əvvəl istehsal edilib, görkəminə görə yeni avtomobildən seçilmir. Goranboy sakini Rasim Tanırverdiyev 7 il öncə aldığı "Qaz 69" markalı avtomobilə 20 min manat xərc çəkərək bu vəziyyətə gətirib. Hər hansı detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Sürücü ilə bərabər 4 nəfərin rahat əyləşə biləcəyi modelin ən bahalı detalı isə onun üzərinə yerləşdirilən ceyrandır. Bu detalın qiyməti 1000 manata yaxındır.

Bu avtomobil digər modellərdən sürət qutusu ilə fərqlənir. Onu idarə etmək ilk dəfə sükanı arxasına əyləşənlər üçün bir qədər çətin olur.
Sahibi Qorki avtomobil zavodunda istehsal edilən "Qaz 69"-u gücünə və sürətinə görə "dağ keçisi" adlandırır. Sahibi avtomobili satmayacağını bildirib.


Mənbə: XəzərXəbər

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *