Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb


Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi vaxt açıqlanıb.

AzNews.info xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri əvəzi Eşqi Bağırov APA-ya bildirib ki, müsabiqənin iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, ilkin mərhələdə müəllimlərin yerdəyişməsi həyata keçiriləcək. Ötən il iyun ayının əvvəlində yerdəyişmə üzrə sənəd qəbulunun aparıldığını xatırladan Eşqi Bağırov qeyd edib ki, iyunun ikinci yarısında imtahanlar aparılıb:

“Bu il də yerdəyişmə prosesi eyni vaxtda təşkil olunacaq. Hazırda müəllimlərin işə qəbulu üzrə yeni qaydaların təsdiqi gözlənilir. Bu qaydalar təsdiq ediləndən sonra vakant yerlər toplanacaq və müəllimlərin işə qəbulu üzrə elan veriləcək”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *