Əlilliyin təyinatı üçün göndərişlərin verilməsi nəzarətə götürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Əlilliyin təyinatı üçün göndərişlərin verilməsi nəzarətə götürüldü

Əlilliyin təyinatı üçün göndərişlərin verilməsi nəzarətə götürüldü


Səhiyyə Nazirliyi əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsini ciddi nəzarətə götürüb.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə bu gün “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda sosial ekspertiza və reabilitasiya xidmətilərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə verilmiş əmr və qərarların icrası məqsədilə görülmüş tədbirlərin hesabatı dinlənilib.

“Əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşmiş reyestri yaradılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökümət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxış təmin edilib. Əmrin icrası ilə bağlı respublikanın şəhər və rayonlarının tibb müəssisələrində müvafiq təlimlər keçirilb. Tibbi yardımın təşkili şöbəsi və İnformatika və Statistika idarəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil edilmə qaydaları hazırlanaraq təsdiq edilib”,-xəbərdə deyilir.

Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” hazırlanıb və Nazirlər Kabinetinin 140 saylı qərarı ilə təsdiq edilib.

Nazirlər Kabinetinin 1993-cü il, 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın hazırda yeni variantının hazırlanması məqsədilə İşçi qrup yaradılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *