Sinoptiklərdən hava müjdəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sinoptiklərdən hava müjdəsi

Sinoptiklərdən hava müjdəsi


Martın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, şimal-şərq küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın hərarətinin gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *