Təyyarələrdə elektron qurğu qadağasının səbəbi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Təyyarələrdə elektron qurğu qadağasının səbəbi məlum oldu – YENİLƏNİB

Təyyarələrdə elektron qurğu qadağasının səbəbi məlum oldu

ABŞ-da təyyarə salonlarında elektron qurğuların daşınmasına qoyulan qadağa "Əl-Qaidə" qruplaşmasının partlayıcı maddəni noutbuk, planşet və digər qurğuların batareyalarında gizlətmək üsulu işləyib hazırlaması ilə əlaqəli ola bilər.

"Report" xəbər verir ki, bunu CBS telekanalına adını gizli saxlayan amerikalı məmur deyib.

Belə hadisələrdən biri 2016-cı ilin fevralında "Daallo Airlines" aviaşirkətinə məxsus təyyarədə baş verib. Həmin təyyarə Somalinin paytaxtı Moqadişodan Cibutiyə uçurmuş. Onun göyərtəsində kamikadze tərəfindən minalanmış noutbukun köməkliyi ilə partlayış törədilib.

* * *10:00

Səudiyyə Ərəbistanı və İordaniya da daxil olmaqla 13 ölkədən təyyarə vasitəsi ilə ABŞ-a elektron qurğuların daşınması qadağan ediləcək.

Bu barədə Britaniyanın "Guardian" qəzeti yazıb.

"Reuters"in məlumatına görə, ABŞ hökuməti təqribən on ölkənin sərnişinlərinə Birləşmiş Ştatlara gələn təyyarələrdə elektron cihazların daşınmasını qadağan etmək niyyətindədir. Çərşənbə axşamı elan olunacağı gözlənilən qadağa terror təhlükəsi ilə əlaqədardır.

Qəzetin məlumatına görə, ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Departamenti (TSA) gizli şəkildə 13 ölkənin aviareyslərindən sərnişinlərə salonda mobil telefondan böyük elektron cihaz aparmağa qadağa qoymağı tələb edib.

Noutbuk, planşet, "Kindle" elektron kitabları və hətta kameralar da qadağa altına düşəcək.

O da bildirilir ki, qadağa ABŞ aviaşirkətlərinə toxunmayacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *