Azərbaycanda ən çox istifadə edilən elektron xidmətlər » AzNews.info -Xəbər portalı

Azərbaycanda ən çox istifadə edilən elektron xidmətlər – SİYAHI

Azərbaycanda ən çox istifadə edilən elektron xidmətlər


“Elektron hökumət” portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən ötən il ərzində ən çox istidə edilən e-xidmətlərin sayı açıqlanıb.

Aznews.info Xeberler.az-a istinadən bildirir ki, ötən il ən çox “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” (886 min 446) xidmətindən istifadə edilib.

“Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi“ (631 min 711) xidməti 2-ci, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatı” (563 min 682) isə ən çox istifadə edilən 3-cü e-xidmət olub.

Ötən ilin son rübü üzrə ümumilikdə 334 min 74 nəfər 1 milyon 497 min 545 dəfə portala daxil olaraq 5 milyon 909 min 613 dəfə müxtəlif sahələrə keçid ediblər.

Həmin şəxslər 4 milyon 80 min dəfədən çox elektron xidmətlərə müraciət ediblər. Portala sərf etdikləri vaxt isə ortalama 6 dəqiqə 40 saniyə təşki edib.

Bu dövr ərzində portala müracitə edənlərin 18,1%-i yeni istifadəçilər, 81, 9%-i isə təkrar müraciət edənlər təşkil edib.

Onu da qeyd edək ki, portala daxil olmaq sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 495, 612 nəfərdir.

Vətəndaşlar portaldan heç bir dövlət rüsumu ödəmədən kod-parol əldə bilər.

2016-da ən çox istifadə edilən e-xidmətləri təqdim edirik:

Azərbaycanda ən çox istifadə edilən elektron xidmətlər

Mənbə: Xeberler.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *