Daha bir “ASAN xidmət” fəaliyyətə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Daha bir “ASAN xidmət” fəaliyyətə başladı

Daha bir “ASAN xidmət” fəaliyyətə başladı


İyulun 30-dan daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Oxu.Az-a “ASAN xidmət”-dən bildirilib.

Xidmətin sədr müavini Ülvi Mehdiyev 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin vətəndaşlara xidmət göstərməyə başlaması ilə əlaqədar mətbuat konfransında bildirib ki, artıq Bakı şəhərində qeydiyyatda olan sakinlər yeni açılmış mərkəzin xidmətlərindən də yararlana biləcəklər.

Sədr müavini eyni zamanda vurğulayıb ki, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda isə əhaliyə xidmətlər səyyar formada çatdırılır və səyyar avtobuslar vasitəsilə isə 200 min vətəndaşa xidmət göstərilib.

Qeyd edək ki, bu gündən fəaliyyətə başlayan yeni “ASAN xidmət” mərkəzi Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşir.

Onu da əlavə edək ki, hazırda respublika ərazisində 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Son 2 il 6 ay ərzində “ASAN xidmət” mərkəzlərinə 5 milyon 700 minə yaxın müraciət daxil olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *