Azərbaycan prezidenti Roma Papasına məktub göndərib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Dünya

Azərbaycan prezidenti Roma Papasına məktub göndərib

Azərbaycan prezidenti Roma Papasına məktub göndərib


Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

“Zati-müqəddəsləri!

Tacqoyma Gününüz münasibətilə Sizə və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda fəal və səmərəli əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, Azərbaycan ilə Vatikan arasında ümumbəşəri dəyərlərin təntənəsi naminə uğurla davam edən əməkdaşlıq, birgə atdığımız addımlar bundan sonra da dünyada sülhün və əmin-amanlığın, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar, bütün həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq diləyirəm”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *