İlham Əliyev təbrik məktubları ünvanladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev təbrik məktubları ünvanladı

İlham Əliyev təbrik məktubları ünvanladı


Azərbaycan prezidenti İlham Əliyev İsveç kralı XVI Karl Qustavı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“İsveç Krallığının milli bayramı münasibətilə sizi və sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir xoş gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan prezidenti Danimarka kraliçası II Marqreteni də ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib:

“Danimarka Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə sizi və bütün xalqınızı ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Danimarka xalqına daim sülh və rifah diləyirəm”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *