Türkiyənin 11-ci prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub » AzNews.info -Xəbər portalı

Türkiyənin 11-ci prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub – FOTO

Türkiyənin 11-ci prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub


Türkiyə Respublikasının 11-ci prezidenti Abdulla Gül mayın 1-də Heydər Əliyev Mərkəzini ziyarət edib.

Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, qonaq əvvəlcə Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olub. O, Heydər Əliyevin həyat və fəaliyyətini, ölkə tarixində xidmətlərini, həyata keçirdiyi beynəlxalq miqyaslı layihələri özündə əks etdirən foto və videomateriallara, eksponatlara baxıb.

Abdulla Gül, həmçinin ölkənin tarixini və mədəni irsini əks etdirən “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan” sərgiləri, eləcə də Mərkəzin qeyri-adi gözəlliyə və akustikaya malik Auditorium zalında da olub.

Abdulla Gül Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb:

“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adına layiq Mərkəzi ziyarət etməkdən məmnunluq duyuram. Mərkəzdə yer alan sərgilərdə Azərbaycan mədəniyyətinin, tarixinin və xüsusilə də Heydər Əliyevin Azərbaycana göstərdiyi çox dəyərli xidmətlərin ən gözəl şəkildə əks etdirildiyini məmnuniyyətlə müşahidə etdim. Bu sərgilərdə eyni zamanda, ortaq mədəniyyətimizə və tariximizə, qardaşlıq bağlarımıza aid izlər də tapdım”, - deyə Abdulla Gül qeyd edib.

Türkiyənin 11-ci prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub
Türkiyənin 11-ci prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub
Türkiyənin 11-ci prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub
Türkiyənin 11-ci prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub
Türkiyənin 11-ci prezidenti Abdulla Gül Heydər Əliyev Mərkəzində olub

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *