Su pulu ödəyənlərin NƏZƏRİNƏ! » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Su pulu ödəyənlərin NƏZƏRİNƏ!

Su pulu ödəyənlərin NƏZƏRİNƏ!


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Əhali qrupu istehlakçılarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” elektron xidmətinin göstərilməsinə başlanılıb.\

“Qurumdan Metbuat.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə əhali qrupu istehlakçıları abonent koduna görə son 12 ay üzrə ödəniş və faktura məlumatlarını əldə etmək imkanı qazanır. Xidmətdən istifadə www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən həyata keçirilir. Xidmət tam avtomatlaşdırılıb və real vaxt rejimində icra olunur. Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.
Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə "Elektron hökumət" portalında təqdim edilən audentifikasiya vasitələrindən biri ilə qeydiyyatdan keçməlidirlər. Bundan sonra istifadəçi ona təqdim olunan elektron ünvanda açılan ekranda “Əhali qrupu istehlakçılarına su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” elektron xidmətini seçərək istifadə edə bilər.

Müraciət edən şəxs 13 rəqəmli abonent kodunu sistemə daxil etdikdən sonra şəxsi məlumatlarına baxış imkanı əldə edir. İstehlakçıya aşağıdakı şəxsi məlumatlar təqdim olunur:

Abonentin adı, soyadı, ata adı;

Abonentin yaşayış ünvanı;

Xidmət göstərilən şəxslərin sayı;

Göstərilən xidmətin növü;

Sayğacın tipi;

Hesabat ili və ayı;

Son 12 ay üzrə faktura sərfiyyatı;

Son 12 ay üzrə faktura məbləği;

Son 12 ay üzrə ödənilmiş məbləğ.

Qeyd edək ki, “Azərsu” ASC-nin “Elektron hökumət” portalına inteqrasiya edilən elektron xidmətlərinin sayı 11-ə çatdırılıb.

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *