“Tramp nə istəyirsə, yalnız onu dilə gətirəcək” - Politoloq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

“Tramp nə istəyirsə, yalnız onu dilə gətirəcək” - Politoloq

“Tramp nə istəyirsə, yalnız onu dilə gətirəcək” - Politoloq


İki gün öncə ABŞ-ın Suriyadakı YPG/PYD terrorçularına silah yardımı etməsi ilə bağlı məlumat yayıldı. Məlumatda bildirilir ki, son 10 gündə silah-sursatla dolu 200 yük maşını və zirehli texnika göndərilib.

Ötən gün isə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında tarixi görüş keçirildi. Görüşdən əvvəl Tramp Ərdoğanla görüşməkdən məmnun olduğunu bildirib: “Ərdoğan dünyanın ən çətin bölgələrindən birində çalışır. O, mənim dostumdur və liderliyi çox yüksək qiymətləndirilir”. Tramp, Türkiyə ilə ABŞ-ın hər zamankından daha yaxın olduğunu bildirib.

Bu zaman su yaranır, əgər Türkiyə ilə ABŞ yaxşı münasibətdədirsə, o zaman Amerika niyə Suriyadakı terrorçuları silahlandırır? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyir ki, kim nə desə də, Tramp yalnız öz istədini dilə gətirəcək:

“Tramp nə istəyirsə, yalnız onu dilə gətirəcək” - Politoloq


“Belə bir el misalı var, “sən nə istəsən çal, mən heyvagülü oynayacam”. Trampın son görüşləri də ona bənzəyir. Hansı ölkə prezidenti ilə görüşürsə, həmin ölkə ilə münasibətlərdə ancaq müsbət halların baş verdiyini deyir. Yəni, Tramp hakimiyyətə gələndən sonra tutaq ki, Ukrayna ilə ABŞ-ın münasibətləri daha yaxşı olub, Ukrayna məhz ABŞ-ın hesabına inkişaf edir. Tutaq ki, Avropa İttifaqının hansısa bir ölkəsinin prezidenti ilə görüşürsə, belə mənzərə yaradılır ki, həmin ölkənin inkişafı Tramp hakimiyyətə gələndən sonra başlayıb və s.

Eynilə bu prizma Ərdoğanla görüşündə də əksini tapır. Kim nə deyir-desin, Trampın öz beynində tutduğu sözlər var ki, ancaq bunu danışacaq. ABŞ-Türkiyə münasibətlərində yaxşılığa doğru heç bir şey baş vermir. Bunu türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çox gözəl bilir. Ona görə də Ərdoğan ABŞ-da BMT-nin Baş Assambleyasında olarkən Rusiya prezidenti Vladimir Putinlə görüşə nail oldu və ayın 28-də görüşəcək. Bu özü də göstərir ki, Ərdoğan kifayət qədər Trampı və ABŞ-ı tanıyır. Trampın apardığı siyasətə etibarı yoxdur. Ərdoğan özü də dəfələrlə deyib ki, pulumuzla ABŞ-dan silah istəyirik vermir, həmin silahları Suriyadakı terrorçulara havayı verir”.

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *