Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz” – YENİLƏNİB-FOTO

Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”

Dünən "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürən Ağəli Fərəcovun atası, iş adamı Füzuli Fərəcov açıqlama verib.

O, unikal.org-a bildirib ki, hazırda araşdırma aparılır: "Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə, iş adamı bunu təkzib edib: "14 yaşlı uşağı həbs edərlər?”.

"Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz” sualına isə iş adamı cavab verməyib və telefonu söndürüb.

* * *12:16

Bakıda dövlət nömrə nişanı 99 BS 999 olan “Porshe Magnum” markalı ciplə 24 yaşlı gənc qızın vurularaq öldürülməsinə dair yeni təfərrüatlar məlum olub.

Virtualaz.org xəbər verir ki, hadisəni törədən sürücü Ağaəli Fərəcov Bakıda tanınmış iş adamının oğludur. O, hadisəni Bakıxanıv qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətində gedən yolda avtomobili yüksək sürətlə idarə edərkən törədib və hadisə yerindən qaçıb. Lakin hüquq-mühafizə orqanları kamera görüntülərinə əsasən piyada Xəyalə Məmmədovanı vuran avtomobili qısa zamanda müəyyən ediblər və sürücünü saxlayıblar.

Məlum olub ki, hadisəni törədən sürücü Bakıda restoran biznesi ilə məşğul olan iş adamı Füzuli Fərəcovun oğludur. Və 99 BS 999 nömrə nişanlı “Porshe” Bakının “bərk gedən avtomobilləri” arasında məşhurdur və avtomobilin çoxsaylı fotolarına sosial şəbəkələrdə rast gəlmək olar. Bu ailənin “Porshe Panamera” markalı digər avtomobili də var.

Bakıdakı "MOHİTO" və "PARODİZ"restoran- klubları Fərəcovlar ailəsinə məxsusdur.

Sosial şəbəkələrdə qəza törədən Ağaəli Fərəcovun dəfələrlə avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi və buna görə polis tərəfindən saxlandığı bildirilir.O, “Alik -999” (nAxCı 85 99-BS-999) niki ilə qeydiyyatdan keçdiyi İnstagram səhifəsində də bu avtomobilin fotoşəkillərini paylaşıb.

Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”
Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”
Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”
Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”
Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”
Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”
Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”
Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”
Oğlu Bakıda "Porsche" ilə adam öldürən biznesmen: “Cəmi 14 yaşı var, tutula bilməz”

Mənbə: Unikal.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *