İran Trampı öz nüvə fəaliyyətini bərpa edəcəyi ilə hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

İran Trampı öz nüvə fəaliyyətini bərpa edəcəyi ilə hədələdi

İran Trampı öz nüvə fəaliyyətini bərpa edəcəyi ilə hədələdi

İranın atom energetikası naziri Əli Əkbər Salehi bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp "nüvə sövdələşməsi"nə əməl etməzsə, İran öz nüvə fəaliyyətini bərpa edəcək.

Bu barədə İranın CBC telekanalına istinadən IRNA məlumat yayıb.

"Trampın birgə əhatəli fəaliyyət planına əməl etməyəcəyi təqdirdə, biz öz nüvə fəaliyyətimizi çox sürətlə bərpa etməyə hazırıq. Biz bunu etməyə hazırıq və bunu bacararıq. Biz nəinki əvvəlki vəziyyətə qayıda bilərik, hətta əvvəlkindən də böyük nüvə fəaliyyətinə başlamaq iqtidarındayıq", - deyə Salehi qeyd edib.

Nazir söhbət əsnasında Trampın andiçmə mərasimində çıxış edərkən İran mövzusuna toxunmamasını müsbət qiymətləndirib.

Salehi, həmçinin ABŞ-ın ölkəni Çin və ya İran tərəfindən gələ biləcək ballistik raket zərbələrindən qorumaq üçün öz RƏM sistemini inkişaf etdirmək niyyətini mənasız adlandırıb.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *