“Dəmirçi Tower”də baş verənlərlə bağlı İraq səfirliyi bəyanat verib » AzNews.info -Xəbər portalı

“Dəmirçi Tower”də baş verənlərlə bağlı İraq səfirliyi bəyanat verib

“Dəmirçi Tower”də baş verənlərlə bağlı İraq səfirliyi bəyanat verib

“İraq Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin əməkdaşının qətlə yetirilməsinin İraqın Azərbaycandakı səfirliyi və şəxsən bu ölkənin müvəqqəti işlər üzrə vəkilinə heç bir aidiyyəti yoxdur.

Bu barədə İraqın müvəqqəti işlər üzrə vəkili Fədil Əbəd Əl-Şüveylinin verdiyi bəyanatda bildirilir. Bəyanatda deyilir ki, aviaşirkətin iki azərbaycanlı əməkdaşı arasında yaşanan mübahisə birinin öldürülməsi ilə nəticələnib.

Bəyanatda həmçinin hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqın aparıldığı və öldürülən şəxsin qardaşının İraq səfirliyində çalışan yerli əməkdaşlardan biri olduğu bildirilir.

Bundan əvvəl verilən məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə.Ağalı İraqın Azərbaycandakı səfirinin tərcüməçisinin qardaşıdır.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun “İraq Hava Yolları”nın Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir. (APA)

* * *17:01

Bu gün Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünə məxsus "Vinçester" markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

* * *14:33

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalıİraqın Azərbaycandakı səfirinin müavininin qardaşıdır.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.

* * *14:22

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

"Report"un məlumatına görə, orta yaşlı naməlum şəxs ofisdə işləyən qızın baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 9 yanvar 2017 05:37
  • Yazan: Bruce
i accept consistently been abhorrent at planning. i don't plan my day or my anniversary or accomplish lists or any of that being - i apperceive i should. and sometimes if i do administer to array myself out it is about consistently handwritten. i approved to take www.replicahandbags-us.com and added techno things to advice me out in that administration once, but in fact accepting a section of cardboard with a account of things i charge to do or bethink - that is the a lot of accessible to me.if there is one cine you charge to see appropriate now, it is Her. i knew the ambiguous apriorism of the hermes replica afore i watched it, i ability even accept been a little skeptical, but i chose not to watch any trailers or apprehend annihilation about it afore viewing. that is why i'm not traveling to acquaint you annihilation about the adventure or accord you my assessment on the characters or what develops - i just wish you to watch it. Her is visually stunning, the art administration and administration is wonderful. it is just an complete joy for the eyeballs. go see it!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *