Yevlaxda hərbçini güllələyib su kanalına atdılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Yevlaxda hərbçini güllələyib su kanalına atdılar

Yevlaxda hərbçini güllələyib su kanalına atdılar


Yevlax rayonunda 33 yaşlı kişini ov tüfəngi ilə yaralayaraq su kanalına atıblar.

AzNews.info Report-a istinadən xəbər verir ki, hadisə sentyabrın 22-dən 23-nə keçən gecə Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-cü il təvəllüdlü Bəkir Şubay oğlu Bəkirov ov tüfəngi ilə vurulub və daha sonra yaralı vəziyyətdə su kanalına atılıb. Ancaq yaralı xeyli qan itirməsinə baxmayaraq, ölməyib və telefonla yaxınlarına xəbər verib. Nəticədə doğmaları onu taparaq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının durumu ağır olaraq qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

B.Bəkirovun müddətdən artıq xidmət edən hərbi qulluqçu olduğu bildirilir.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *