Ağdamda gənclərin şəbəkələşmə bacarıqları artırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Gənclik, Foto

Ağdamda gənclərin şəbəkələşmə bacarıqları artırılır – FOTO

Ağdamda gənclərin şəbəkələşmə bacarıqları artırılır


AzNews.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin “Region gəncləri arasında şəbəkələşmə bacarıqlarının artırılması” mövzusunda reallaşdırdığı layihə çərçivəsində Quzanlı qəsəbəsində müxtəlif tədbirlər keçirilib. Tədbirlərdə Ağdam Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin təmsilçiləri, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin fəalları və könüllüləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər. Layihənin məqsədi Qarabağ regionunda, əsasən də Ağdam rayonunda yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclərin ictimai fəallığının və şəbəkələşmə bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili və birgə fəaliyyətə həvəsləndirilməsidir. Beş gün davm edən tədbirdə gənclərin ictimai fəallığının və şəbəkələşmə bacarıqlarının artırılması yollarından, İKT resurslarından istifadəsindən, sosial şəbəkələrin yaradılması, istifadə qaydalarından bəhs edilib. Diskussiyalarla davam edən tədbirlərdə iştirakçılara maarifləndirici bukletlər paylanılıb, layihə iştirakçılarına sertifikatlar verilib.

Ağdamda gənclərin şəbəkələşmə bacarıqları artırılır
Ağdamda gənclərin şəbəkələşmə bacarıqları artırılır
Ağdamda gənclərin şəbəkələşmə bacarıqları artırılır
Ağdamda gənclərin şəbəkələşmə bacarıqları artırılır

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *