Tramp Putinlə Reykyavikdə görüşməyi planlaşdırır » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Tramp Putinlə Reykyavikdə görüşməyi planlaşdırır – FOTO

Tramp Putinlə Reykyavikdə görüşməyi planlaşdırır


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Reykyavikdə görüşməyi planlaşdırır.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Sunday Times” nəşri məlumat yayıb.

“Donald Tramp prezident vəzifəsinin icrasına başladıqdan sonra yaxın bir neçə həftə ərzində Vladimir Putinlə görüşməyi planlaşdırır”, - deyə nəşrin məlumatında bildirilir.

Məlumata görə, yeni prezidentin keçid komandasından bildirilib ki, Trampın prezident qismində ilk xarici səfəri Reykyavikə olacaq.

Tramp bundan əvvəl “Wall Street Journal”a müsahibəsində inauqurasiyadan sonra Putinlə görüşməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin sammitdə “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar.

Tramp Putinlə Reykyavikdə görüşməyi planlaşdırır

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *