Bağla

AzNews.info



Bölmə: Dünya

Rusiyada tütün satışına dair ömürlük qadağa məsələsinə baxılır

Rusiyada tütün satışına dair ömürlük qadağa məsələsinə baxılır


Rusiyanın Səhiyyə Nazirliyi tütün əleyhinə konsepsiyasına yenidən dəyişikliklər edib.

Oxu.Az xəbər verir ki, bu barədə “İsvestiya” qəzeti məlumat yayıb.

Sənəd baxılması üçün artıq bir sıra nazirliklərə və qurumlara göndərilib. Layihəyə görə, kommunal mənzillərdə, ictimai nəqliyyatda və ictimai nəqliyyatın dayanacaqlarında siqaret çəkmək tamamən qadağan ediləcək. Sənəddə əsas dəyişiklik isə 2015-ci ildə doğulan şəxslərə yetkinlik yaşına çatdıqdan sonra da tütün satışının qadağan edilməsinə dair dəyişiklikdir.

Beləliklə, əgər təşəbbüs Maliyyə nazirliyi, İqtisadi İnkişaf nazirliyi, Sənaye ticarət nazirliyi, Mədəniyyət nazirliyi, Federal Gömrük Xidməti və digər qurumlar tərəfindən təsdiqlənərsə, konsepsiya qəbul ediləcək.

Konsepsiyanın mətninə müvafiq olaraq, dəyişikliklər 2033-cü ildən tez qüvvəyə minə bilməz.

Mənbə: Oxu.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *