Serj Sarkisyan: İrəvanda keçirilən sammitdə yeni baş katib seçilməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Serj Sarkisyan: İrəvanda keçirilən sammitdə yeni baş katib seçilməyəcək

Serj Sarkisyan: İrəvanda keçirilən sammitdə yeni baş katib seçilməyəcək


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin seçilməsi məsələsi qurumun İrəvanda keçirilən sammitinin gündəliyindən çıxarılıb”.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sammitin yekunlarına dair brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilin sonunda Sankt-Peterburqda müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 14-də İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilib. Sessiyada Rusiya, Belarus, Tacikistan və Qırğız Respublikasının prezidentləri, Qazaxıstanın isə baş naziri iştirak edib.

KTMT-nın hazırkı baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatdığından İrəvan toplantısında yeni baş katibin seçilməsi nəzərdə tutulurdu. N.Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *