Jef Bezos artıq dünyanın üçüncü varlı adamıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Jef Bezos artıq dünyanın üçüncü varlı adamıdır

Jef Bezos artıq dünyanın üçüncü varlı adamıdır


“Amazon”un rəhbəri şəxsi sərvəti ilə ən varlı investoru geridə qoyub.

Elektron ticarət nəhəngi “Amazon”un təsisçisi və icraçı direktoru Jef Bezos şəxsi sərvətini 65 milyard dollara yüksəldərək dünyanın üçüncü varlı adamı olub.

Oxu.Az xəbər verir ki, şirkətin gəlirləri və səhmlərində müşahidə edilən artım Jef Bezosu “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısına qaldırıb.

Bezosun şəxsi sərvəti bir gündə 1,3 milyard dollar artımla 65,3 milyard dollara qalxıb. Bezos beləcə məhşur investor Warren Buffetti geri qoyub.

“Forbes”in siyahısında ilk yerdə 78 milyard dollar sərvəti ilə “Microsoft”un qurucusu Bill Qeyts, ikinci yerdə isə 73,1 milyard dollar sərvəti ilə “Zara” şirkətinin təsisçisi Amancio Ortega yer alıb.

“Amazon”un gəlirləri ikinci rübdə ötən ilin anoloji dövrü ilə müqayisədə 31% artımla 30,4 milyard dollara yüksəlib. Şirkətin mənfəəti isə 92 milyon dollardan 857 milyon dollara qalxıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *